Vinus Uilyams korta qayıdır

Xəbərlər
20 Fevral 2025 16:04
76
Vinus Uilyams korta qayıdır

“Böyük dəbilqə” turnirlərinin yeddiqat çempionu Vinus Uilyams korta qayıdır.

İdman.biz xəbər verir ki, 44 yaşlı veteran tennisçi İndian-Uellsdə keçiriləcək WTA-1000 seriyalı “BNP Paribas Open” turnirində iştirak edəcək.

Uilyams turnirə “wild card”la qatılacaq. O, karyerasında 10-cu dəfə İndian-Uellsdə mübarizə aparacaq. Vinus üç dəfə (1998, 2001, 2018) yarımfinala qədər irəliləyib.

ABŞ tennisçisi sonuncu dəfə 2024-cü ilin martında korta çıxıb. O, Mayami turnirinin startında Diana Şnayderə 3:6, 3:6 hesabı ilə uduzub. Uilyams hazırda reytinqdə 974-cüdür.

Qeyd edək ki, ümumi mükafat fondu 9 milyon dollar olan turnir martın 5-16-da keçiriləcək.

İdman.biz