Novak Cokoviç yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, serbiyalı tennisçi “Masters” seriyalı turnirlərdəki qələbə sayında mütləq rekordçu olub.
O, ABŞ-ın Mayami şəhərindəki yarışın 1/16 finalında argentinalı Uqo Karabelllini 1 saat 47 dəqiqəyə məğlub edib - 6:3, 7:5 (7:1). Bu, Novakın “Masters”lərdə 411-ci qələbəsi olub.
O, ispaniyalı Rafael Nadalı (410) geridə qoyub. Bu göstəricidə 3-cü yerdə isveçrəli Rocer Federerdir – 381 qələbə.
Qeyd edək ki, Cokoviç növbəti mərhələdə italiyalı Lorenso Muzetti il qarşılaşacaq.
İdman.biz