Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarında tennis yarışları təxirə salınıb.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, buna hava şəraiti səbəb olub.
Qar yağdığından qarşılaşmalar ertələnib. Yarışın hələlik nə vaxt olacağı açıqlanmayıb.
Qeyd edək ki, bu gün komanda yarışında oğlan və qızlardan ibarət Azərbaycan milli komandaları müvafiq olaraq, İngiltərə və Beninlə qarşılaşmalı idi.
İdman.biz