Serbiyalı tennisçi Novak Cokoviç 12 ildən sonra “Davis Cup”da məğlubiyyət acısı yaşayıb.
İdman.biz xəbər verir ki, dünyanın bir nömrəli raketka ustası Serbiya – İtaliya qarşılaşmasında Yannik Sinnerə təslim olub.
Cokoviç təklərin yarışında italiyalı həmkarına 1:2 (2:6, 6:2, 5:7) hesabı ilə uduzub. Üçüncü setdə Novakın üç qələbə xalı olsa da, o, bu şanslardan istifadə edə bilməyib. Nəticədə serbiyalı tennisçi 2011-ci ildən sonra turnirdə ilk uğursuzluğunu yaşayıb. Novak 21 oyundan sonra məğlub olub. Sonuncu dəfə Cokoviç argentinalı Xuan-Martin Del Potro ilə oyunda hesab 6:7 (5:7), 0:3 olarkən, zədə üzündən görüşü yarımçıq dayandırıb.
Qeyd edək ki, 5 gün əvvəl mövsümün final turnirinin həlledici oyununda Cokoviç Sinneri məğlub etmişdi.
İdman.biz