Paris-2024-də 1 nömrə - Pevtsov

Xəbərlər
26 İyun 2024 10:54
74
Paris-2024-də 1 nömrə - Pevtsov

Azərbaycan millisinin triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarında 1 nömrəli forma ilə çıxış edəcək.

İdman.biz xəbər verir ki, bu, triatlon yarışının püşkatmasından sonra bəlli olub.

Pevtsovun bəxtinə bu rəqəm düşüb. Üzgüçülükdən sonra onun velosipedi tranzit zonasının 1 nömrəli məntəqəsində olacaq.

Qeyd edək ki, Pevtsov özünün üçüncü Olimpiadasında iştirak edəcək. Parisdəki triatlon yarışı iyunun 30-da baş tutacaq.

İdman.biz

Məqalədə: