Pevtsov dünya reytinqində geriləyib

Xəbərlər
16 Avqust 2024 12:29
94
Pevtsov dünya reytinqində geriləyib

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra triatlonçuların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Rostislav Pevtsovun da mövqeyi bəlli olub.

O, reytinqdə iki pillə geriləyib. Rostislav hazırda 75-ci yerdədir. Bu, Pevtsovun Parisdə 43-cü yeri tutması ilə bağlıdır.

Reytinqdə lider Leo Bergeretdir. (Fransa). Aleks Ye (Böyük Britaniya) ikinci, Pierre Le Core (Fransa) üçüncüdür.

Qeyd edək ki, Rostislav karyerasında üçüncü Olimpiadada iştirak edib.

İdman.biz