Pevtsov Fransa Qran-prisində çıxış edib

Xəbərlər
10 Sentyabr 2024 11:11
62
Pevtsov Fransa Qran-prisində çıxış edib

Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Fransada keçirilən komanda çempionatında iştirak edib.

İdman.biz xəbər verir ki, o, "Les Sables" klubunun heyətində Qiberon Qran-prisinin startına çıxıb. Üçqat Olimpiya iştirakçısı komandanın ikinci yeri tutmasına kömək edib.

Bu, Rostislavın Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk turniridir.

İdman.biz

Məqalədə: