Pevtsov reytinqdə bir pillə geriləyib

Xəbərlər
19 Sentyabr 2024 13:51
64
Pevtsov reytinqdə bir pillə geriləyib

Dünya Triatlonu növbəti həftəsonu yarışlarından sonra yeni reytinqi açıqlayıb.

İdman.biz xəbər verir ki, Rostislav Pevtsov siyahıda geriləyib.

Bir neçə gün əvvəl Valensiyada keçirilən Dünya kubokunda 20-ci yeri tutan Azərbaycan millisinin üzvü bir pillə düşüb.

Hazırda üçqat Olimpiya iştirakçısı 68-ci yerdədir. Mattye Hauzer (Avstraliya) reytinqdə lider, Leo Berjere (Fransa) ikinci, Hayden Uayld (Yeni Zelandiya) üçüncüdür.

İdman.biz