Ölkənin ən yaxşı triatlonçuları Pirallahıda toplaşacaq

Xəbərlər
22 Sentyabr 2024 11:45
184
Ölkənin ən yaxşı triatlonçuları Pirallahıda toplaşacaq

Azərbaycan Triptlon Federasiyası ölkə çempionatının keçiriləcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, sprint formatında keçiriləcək yarış oktyabrın 6-da Pirallahıda baş tutacaq.

İştirakçılar 750 metr üzəcək, 20 km velosiped sürəcək, 5 km isə qaçacaqlar.

Qeyd edək ki, son illər respublika çempionatı ənənəvi olaraq Pirallahıda keçirilir.

İdman.biz