İdmançımız İtaliyada 2-ci oldu

Xəbərlər
22 Sentyabr 2024 18:34
241
İdmançımız İtaliyada 2-ci oldu

Triatlon üzrə milli komandamızın üzvü Rostislav Pevtsov İtaliyada keçirilən "İronMan 70,3" yarışında iştirak edib.

İdman.biz xəbər verir ki, idmançımız ikinci yeri tutub.

Pevtsov finiş xəttinə 3 saat 41 dəqiqə 42 saniyəyə çatıb.

Qeyd edək ki, bu yarışda göstərdiyi nəticə sayəsində idmançımız dünya çempionatına vəsiqəni təmin edib.

İdman.biz