Pevtsov Tailandda yarışacaq

Xəbərlər
8 Oktyabr 2024 12:34
139
Pevtsov Tailandda yarışacaq

Azərbaycan millisinin triatlonçusu Rostislav Pevtsov qarşıdakı turnir planlarından danışıb.

İdman.biz xəbər verir ki, yarışda üçqat Olimpiya iştirakçısı "Laguna Phuket Triatlon" yarışında çıxış edəcək.

Turnir noyabrın 16-17-də Tailandda keçiriləcək və 30-cu yubiley mübarizəsi olacaq.

"Mən Tailanda ilk dəfə 10 il əvvəl olmuşam və bu ölkə məndə silinməz təəssürat yaradıb. Belə mənzərəli yerdə çıxış etmək, şübhəsiz ki, çoxlu təəssürat və xatirələr bəxş edir”, - deyə Pevtsov bildirib.

Qeyd edək ki, Rostislav bu yaxınlarda “Ironman” yarışında ikinci yeri tutaraq dünya çempionatında iştirak etmək hüququ qazanıb.

İdman.biz