Gələn il "Ironman" turniri Azərbaycanda keçirilə bilər.
İdman.biz xəbər verir ki, Azərbaycan Triatlon Federasiyası məşhur brendin ölkəyə gətirilməsi üçün danışıqlar aparır.
Hazırda danışıqlar yekunlaşmaq üzrədir.
"Dəmir məsafə" yarışları dünyanın hər yerindən triatlonçuları cəlb edən ən populyar yarışlar sırasındadır. Bura 3,86 km məsafəyə üzmək, 180 km məsafəyə şossedə velosiped sürmək və 42,195 km məsafəyə marafon qaçışı daxildir.
"Ironman" 70.3 seriyalı yarışlar 2005-ci ildən keçirilir. "Ironman"in daha qısa məsafəli yarışları da var ki, bu, "Half Ironman", yəni "yarım dəmir məsafə" adlanır. Bu növ 1,9 km məsafəyə üzmək, 90 km məsafəyə velosiped sürmək və 21,1 km məsafəyə qaçışdan ibarətdir.
İdman.biz