Rostislav Pevtsov: “Bu, məni daha çox qəzəbləndirir”

Xəbərlər
24 Dekabr 2024 21:23
42
Rostislav Pevtsov: “Bu, məni daha çox qəzəbləndirir”

Rostislav Pevtsov triatlon məşqi zamanı onu hövsələdən çıxaran mövzudan danışıb.

İdman.biz xəbər verir ki, üç olimpiadada Azərbaycanı təmsil edən idmançı mövsümün sonunda istirahətlə əlaqədar məşqlərə fasilə verən kimi bacarıqların itdiyini vurğulayır.

“Bütün il məşq edə, bütün qüvvənizi sərf edə, çoxlu kilometrlər qət edə bilərsən, ancaq üç həftə istirahətə gedən kimi yararsız olursan. Baxmayaraq ki, istirahət zamanı da öz formanı qoruyursan. Amma belə olmamalıdır. Məni triatlonda ən çox qəzəbləndirən bu məsələdir”, - deyə Pevtsov bildirir.

Qeyd edək ki, üçqat Olimpiya iştirakçısı Azərbaycan millisindəki karyerasını başa vurub.

İdman.biz