Triatlonçular mövsümə Abu Dabidə başlayacaqlar

Xəbərlər
18 Yanvar 2025 15:48
109
Triatlonçular mövsümə Abu Dabidə başlayacaqlar

Beynəlxalq triatlonda mövsümə Dünya seriyası yarışı ilə start veriləcək.

İdman.biz xəbər verir ki, yeddi mərhələdən ibarət olacaq yarışın birincisi fevralın 8-9-da Abu Dabidə keçiriləcək.

Həmçinin seriyaya daha bir turnirin əlavə olunması istina edilmir.

Dünya kuboku yarışlarına gəlincə, bu çərçivədə 13 turnir olacaq. Onlardan birincisi fevralın 22-23-də Yeni Zelandiyanın Neypir şəhərində keçiriləcək. Eyni zamanda, təqvimə daha iki Dünya kuboku yarışı da əlavə oluna bilər.

Azərbaycan triatlonçularının hansı yarışlarda çıxış edəcəkləri hələlik dəqiqləşməyib.

İdman.biz

Məqalədə: