Dünya Triatlonu yeni Olimpiya dövründə keçiriləcək yarışların yeni reqlamentini dərc edib.
İdman.biz xəbər verir ki, Los-Anceles-2028 üçün seçim gələn il başlayacaq, lakin yenilənmiş qaydalar bu mövsümdən tətbiq olunacaq.
Yeniliklərdən biri sprint yarışlarına aiddir. İndi orada xallar klassik yarışlarla eyni qaydada verilir. Halbuki əvvəllər sprintdə nəticələr daha aşağı dəyərləndirilirdi və iştirakçılara cari reytinqdə 25 faiz aşağı xal verilirdi.
Qarşıdan gələn Olimpiya dövründə qarışıq estafetin sırası da dəyişib. 2025-ci ildən ardıcıllıq belə olacaq: Tokio-2020 dövründə olduğu kimi, əvvəlcə qadın, sonra kişi start götürəcək, sonra estafeti yenidən qadın alacaq.
Qeyd edək ki, 2024-cü il Paris-2024-dən sonra Olimpiya triatlonunda karyerasını başa vuran Rostislav Pevtsov üç Olimpiadada Azərbaycanı təmsil edib.
İdman.biz