Bakıda "IronWind" triatlon turniri keçiriləcək

Xəbərlər
22 Mart 2025 17:23
36
Bakıda "IronWind" triatlon turniri keçiriləcək

Azərbaycanın "Triterra" triatlon klubu "IronWind" turnirinin keçiriləcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, yarış iyunun 8-də Bakıda təşkil ediləcək.

Turnirdə müxtəlif ölkələrdən triatletlərin, eləcə də “dəmir məsafələr”ə yarışan yerli idmançıların çıxışı gözlənilir.

"Trittera" artıq iştirakçılar üçün qeydiyyatı açıq elan edib.

İdmançılar 1,9 km məsafəyə üzməli, 90 km məsafəyə velosiped sürməli və 21,1 km məsafəyə qaçmalı olacaqlar.

İdman.biz

Məqalədə: