Triatlonçularımız Türkiyə kubokunda uğurlu çıxış ediblər - FOTO

Xəbərlər
20 Aprel 2025 01:47
551
Triatlonçularımız Türkiyə kubokunda uğurlu çıxış ediblər - FOTO

Azərbaycan idmançıları Türkiyənin Serik şəhərində keçirilən triatlon üzrə Türkiyə kubokunda iştirak ediblər.

İdman.biz xəbər verir ki, Raul Mahmudov 2011-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticəni göstərib.

Bütün rəqiblərini qabaqlayan atletimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yeri tuutb.

2008–2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda isə Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı pillədə finişə çatıblar.

İdman.biz