Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.
Qadın voleybolçuların mübarizəsində VI tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.
GİN-nin Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar. Saat 16:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klubun idman zalında baş tutacaq. Saat 19:00-da ev sahibləri və “Azərreyl”lə üz-üzə gələcək.
Kişi voleybolçuların Yüksək Liqasında isə bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.
13 dekabr
Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”
GƏNCƏ OİK
16:00. “Abşeron” - “Murov Az Terminal” (CBC SPORT-canlı)
GİN-in Voleybol Mərkəzi
19:00. UNEC - “Azərreyl”
UNEC VK-nin idman zalı.
Yüksək Liqa (kişilər)
18:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”
GİN-in Voleybol Mərkəzi
İdman.biz