Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandaları Qızıl Avropa Liqasında iştirak edəcəklər.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət yığmamız Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya və Ukrayna ilə birgə Qızıl Avropa Liqasında oynayacaq.
Reytinqdə 26-cı yerdə olan kişilərdən ibarət yığmamızın analoji yarışda rəqibləri sırasında isə Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya və Lüksemburq olacaq.
Oyunlar gələn il 17 may - 16 iyun tarixlərində keçiriləcək.
Yeni reqlamentə əsasən ilk 4 yeri tutan yığmalar “Dördlər finalı”na yüksələcəklər.
Qeyd edək ki, qadınların yarışında “Dördlər finalı”nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələlik bəlli deyil.
İdman.biz