Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.
İdman.biz xəbər verir ki, yığmanın “sükanı arxasına” keçəcək mütəxəssisin adını Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında təsdiqləyib.
O bildirib ki, Azərbaycan millisi yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.
Qeyd edək ki, Faiq Qarayevin yığmaya baş məşqçi təyinatını ilk olaraq İdman.biz xəbər verib.
Banuçiçək Hüseynli
İdman.biz