Azərbaycanın 2 yığması formalaşdırılacaq

Xəbərlər
27 Dekabr 2023 11:12
221
Azərbaycanın 2 yığması formalaşdırılacaq

Qadın voleybolçulardan ibarət iki Azərbaycan millisinin formalaşdırılması planlaşdırılır.

İdman.biz xəbər verir ki, bunu yığmanın yenidən baş məşqçisi təyin olunan Faiq Qarayev bu gün təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir il ərzində komandada dəyişiklik etməlidir: “Xaricdə oynayan voleybolçularımız da yaşlı deyillər. Onlarla da çalışmaq lazımdır”.

Bu gün federasiyanı gənclərə böyük önəm verdiyini deyən Qarayev aprel üçün artıq yaz proqramlarının hazır olduğunu deyib: “Artıq bir neçə iclaslar keçirilib. Məşqçi korpusu bizdə hazırda yaxşıdır. Bu posta gəlməyimin əsas məqsədi məşqçilər korpusuna kömək etməkdir”.

Qeyd edək ki, əvvəllər də qadın voleybolçulardan ibarət A və B milliləri olub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: