Qazaxıstan yığmasının baş məşqçisi “Azərreyl”də

Xəbərlər
30 Avqust 2023 15:54
115
Qazaxıstan yığmasının baş məşqçisi “Azərreyl”də

"Azərreyl"in kişilərdən ibarət komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz-in məlumatına görə, Bakı klubunu Qazaxıstan millisinin baş məşqçisi Boris Qrebennikov çalışdıracaq.

"Azərreyl" müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq. Komandanın çempionatda inamlı çıxışı üçün artıq formalaşmasına start verilib.

Əsasən gənclərdən qurulacaq "Azərreyl"in inkişafı üçün kluba təcrübəli mütəxəssis cəlb olunub. Bu üzdən komandada baş məşqçi postu Boris Qrebennikova həvalə edilib. Qazaxıstan və Fransa vətəndaşlığı olan çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi "Azərreyl" yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub. Qrebennikov, eyni zamanda Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək.

65 yaşlı mütəxəssis Bakı təmsilçisinə gəlincə, müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət "Renn" klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb. Mütəxəssis ardınca Rusiyada "Qazprom-Yuqra" və "Ural" kimi böyük komandaların "sükanı arxasında" olub.
Tunisdə "Etual du Sahel"də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb.

Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub.

İdman.biz