Polina Rəhimova Türkiyə çempionatında debüt edib

Xəbərlər
6 Yanvar 2024 11:22
285
Polina Rəhimova Türkiyə çempionatında debüt edib

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Türkiyə çempionatında "Ankara Karayolları"nın heyətində debüt edib.

İdman.biz xəbər verir ki, o, "Vakıfbank"la görüşə 37 nömrəli forma ilə çıxıb.

İstanbul təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunda Rəhimovanın 1 zərbəsi dəqiq alınıb.

XIV turun ilk oyunundan sonra "Vakıfbank" Sultanlar Liqasında 37 xalla 1-ci, "Ankara Karayolları" 4 xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina mövsümün ilk hissəsini Vyetnam çempionatında keçirib. O, "Duc Giang Company" klubu ilə gümüş medallar qazanıb və liqanın ən yaxşı hücumçusu mükafatına yiyələnib.

İdman.biz