Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirilib.
İdman.biz xəbər verir ki, Yüksək Liqada VIII turun açılış oyununda “Neftçi” MOİK-i sınağa çəkib.
“Ağ-qaralar” matçın favoriti sayılıblar və onların qələbə qazanıblar. "Neftçi" hər üç setdə rəqibini məğlub edib.
Turun növbəti qarşılaşmasında isə maraqlı mübarizə alınıb. “Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gəlib. İlk oyunda rəqibinə 0:3 uduzan nominal ev sahibləri revanş alıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 5 set davam edib.
11 yanvar
Yüksək Liqa, kişilər
VIII tur
16:00. “Neftçi” - MOİK - 3:0 (25:20, 25:23, 27:25)
“Murov Az Terminal”ın idman zalı
18:00. “Murov Az Terminal” - “Azərreyl” - 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8
GİN-in Voleybol Mərkəzi
Xarı Bülbül Şuşa |
6 |
5 |
1 |
17-7 |
568-495 |
16 |
Murov AZ Terminal |
7 |
6 |
1 |
18-11 |
665-606 |
15 |
Azərreyl |
8 |
5 |
3 |
19-12 |
695-683 |
15 |
Neftçi |
8 |
4 |
4 |
17-14 |
702-683 |
13 |
Xarı Bülbül Laçın |
6 |
1 |
5 |
8-15 |
511-528 |
4 |
MOİK |
7 |
0 |
7 |
1-21 |
410-556 |
0 |
İdman.biz