Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyununun vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, açılış oyunu MOİK-lə “Azərreyl” arasında olacaq.
Qarşılaşma yanvarın 18-də GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Matçın start fiti isə saat 16:00-da veriləcək.
Qeyd edək ki, qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
18 yanvar
Yüksək Liqa, kişilər
IX tur
16:00 MOİK - “Azərreyl”
GİN-in Voleybol Mərkəzi
İdman.biz