Azərbaycan milli komandasının voleybolçusu Mariya Kirilyuk yenidən ölkəmizə qayıdıb.
İdman.biz xəbər verir ki, 28 yaşlı blokçu karyerasını “Abşeron”da davam etdirəcək.
Bakı klubunun baş məşqçisi Famil Ağayev əməkdaşımızla söhbətində bildirib ki, Kirilyukla artıq müqavilə imzalanıb. O, mövsümün sonunadək “Abşeron”un uğurları üçün çalışacaq.
O, Çinin “Şenzem Zonqsai” klubundan transfer olunub.
Qeyd edək ki, Kirilyuk Azərbaycanda “Lokomotiv”, “Azərreyl” və “Mübariz” klublarının şərəfini qoruyub.
İdman.biz