Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.
İdman.biz xəbər verir ki, günün yeganə matçı GİN-in Voleybol Mərkəzində təşkil olunub.
Yüksək Liqanın autsayderləri üz-üzə gəliblər. Son pillədə qərarlaşan UNEC növbəti dəfə uduzub. "Tələbələr" “Milli Aviasiya Akademiyası” ilə qarşılaşmada set qazanmaq həsrətinə son qoya bilməyiblər. Hər 3 set qonaq komandanın üstünlüyü ilə başa çatıb.
Qeyd edək Ki, çempionatın növbəti matçları sabah keçiriləcək.
27 fevral
Yüksək Liqa (qadınlar)
17:00. UNEC - “Milli Aviasiya Akademiyası” - 0:3 (15:25, 12:25, 12:25)
GİN-nin Voleybol Mərkəzi (CBC Sport – canlı)
Azərreyl |
14 |
12 |
2 |
39-10 |
1142-882 |
36 |
Murov Az Terminal |
14 |
11 |
3 |
35-13 |
1133-892 |
32 |
Abşeron |
14 |
10 |
4 |
33-18 |
1199-1010 |
30 |
Gəncə |
14 |
6 |
8 |
22-28 |
1053-1087 |
18 |
Milli Aviasiya Akademiyası |
15 |
4 |
11 |
18-32 |
1012-1129 |
13 |
UNEC |
15 |
0 |
15 |
0-45 |
583-1125 |
0 |
İdman.biz