“Azərreyl" fərqi 4-ə yüksəldib

Xəbərlər
5 Mart 2024 19:24
337
“Azərreyl" fərqi 4-ə yüksəldib

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada üç matç baş tutub.

Tura Gəncədə start verilib. Şəhərin eyniadlı təmsilçisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Mükafatlar uğrunda mübarizə aparan “Abşeron”la “Murov Az Terminal”ın görüşündə qonaq komanda üstün olub. Abşeron voleybolçuları 0:3 hesabı ilə uduzublar.

Çempionatın lideri “Azərreyl” UNEC-lə görüşdə çətinlik çəkməyib. "Dəmiryolçular" hər 3 setdə qalib gəliblər. Bu qələbə onlara ən yaxın izləyicisini 4 xal qabaqlamaq imkanı verib.

5 mart
Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:16, 25:21, 26:24)

Gəncə OİK

17:00. “Abşeron” - “Murov Az Terminal” - 0:3 (17:25, 17:25, 17:25)
GİN-nin Voleybol Mərkəzi (CBC Sport – canlı)

18:00. UNEC - “Azərreyl” - 0:3 (18:25, 17:25, 19:25)
UNEC-in idman zalı

Azərreyl

16

13

3

42-13

1279-1011

39

Murov Az Terminal

16

12

4

38-16

1257-1018

35

Abşeron

16

11

5

36-21

1325-1147

33

Gəncə

16

8

8

28-28

1203-1197

24

Milli Aviasiya Akademiyası

16

4

12

18-35

1073-1204

13

UNEC

16

0

16

0-48

637-1200

0

İdman.biz