“Murov Az Terminal”dan çətin qələbə, lider “Gəncə”ni məğlub edib

Xəbərlər
12 Mart 2024 19:37
326
“Murov Az Terminal”dan çətin qələbə, lider “Gəncə”ni məğlub edib

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada turun ilk günündə iki matç baş tutub.

Hər iki qarşılaşma GİN-nin Voleybol Mərkəzində təşkil olunib. Öncə “Murov Az Terminal” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib və gərgin mübarizə alınıb. 5 set davam edən qarşılaşmada qonaq komanda qalib gəlib.

Ardınca çempionatın lideri “Azərreyl” “Gəncə” ilə görüşüb. Gözlənildiyi kimi, "dəmiryolçular" ciddi müqavimətlə üzləşməyiblər. 3:0 hesabı ilə qalib gələn "Azərreyl" liderliyini bir az da möhkəmlədib.

Qeyd edək ki, tura sabah keçiriləcək UNEC – “Abşeron” matçı ilə yekun vurulacaq.

Yüksək Liqa
12 mart
15:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 2:3 (25:22, 16:25, 25:19, 15:25, 12:15)

GİN-nin Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Gəncə” - 3:0 (25:22, 25:22, 25:19)
GİN-nin Voleybol Mərkəzi

Azərreyl

16

13

3

42-13

1279-1011

42

Murov Az Terminal

17

13

4

42-19

1363-1111

37

Abşeron

16

11

5

36-21

1325-1147

33

Gəncə

16

8

8

28-28

1203-1197

24

Milli Aviasiya Akademiyası

17

4

13

20-37

1166-1310

14

UNEC

16

0

16

0-48

637-1200

0

İdman.biz