Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasının I mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, yığmamızın Xorvatiya ilə matçına Bernard Valentar və Mari-Katerin Bulanger təyinat alıb.
Slovakiya ilə görüşdə Boyan Bardiçlə Valentar ədaləti qoruyacaq. Hər iki matç Osiyekdə təşkil olunacaq.
Qızıl Avropa Liqası (qadınlar)
I mərhələ
17 may
19:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Bernard Valentar (Sloveniya), Mari-Katerin Bulanger (Belçika)
Osiyek Şəhər Təlim İdman Zalı
18 may
15:00. Slovakiya – Azərbaycan
Hakimlər: Boyan Bardiç (Xorvatiya), Bernard Valentar (Sloveniya)
Osiyek Şəhər Təlim İdman Zalı
İdman.biz