“Fənərbağça”da məşqçi işləyib, 5 il sonra yığmaya qayıdıb və...” - MÜSAHİBƏ

Müsahibə
1 İyun 2024 14:01
240
“Fənərbağça”da məşqçi işləyib, 5 il sonra yığmaya qayıdıb və...” - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Ceyran Əliyevanın İdman.bizə müsahibəsi

- ⁠Bakıda keçirilən Qızıl Avropa Liqasında Estoniyanı “quru hesabla” məğlub etdiz. Qələbəni necə dəyərləndirərdiniz?

- Estoniyaya qalib gəlməyi qarşımıza məqsəd qoymuşduq. İstəyimizə çatdıq. Hamımız bunun üçün bacardığımızı etdik. Növbəti matçda Avstriya komandasına qarşı da eyni nəticəni qazanmağı hədəfləmişik.

- ⁠Uzun müddətdən sonra voleybola, həmçinin yığmaya geri döndünüz. Bununla bağlı nə deyə bilərsiz?

- Bəli, ⁠5 il voleybola ara vermişdim. Bunun müəyyən səbəbləri var idi. Öz istəyimlə geri qayıtdım. Heç bir qlobal səbəb yoxdur. Sadəcə voleybol üçün darıxdım.

- ⁠Voleyboldan uzaq olduğunuz dönəmdə nə işlə məşğul idiz?

- ⁠2-3 ay “Fənərbağça” idman məktəbində məşqçilik etdim. Daha sonra müəyyən səbəblərə görə işimi buraxmalı oldum. 2022-ci ildə İranda Azərbaycan səfirliyində terror aktında həyat yoldaşım da 6 güllə yarası almışdı. Vəziyyəti çox ağır idi. Ona görə də məcbur qalıb, işimi atmışdım.

- ⁠5 il az müddət deyil. Birdən-birə millidə oynamaq çətin olmadı?

- ⁠Xeyr, çətinlik yaratmadı. Çünki formamı qorumuşam, eyni səviyyədəyəm. Sadəcə çəki və s. kimi amillər var ki, onları düzəltməliyəm. Bu da bacarmayacağım bir şey deyil. Hər şeyin öhdəsindən gələcəm.

- Yeni mövsüm üçün planlarınız nədir?

- ⁠Təbii ki, ən başlıca məqsədim voleybolda davam etməkdir. Bayrağımızı daim yüksəklərə qaldırmaq və gözəl naliyyətlər əldə etmək əsas vəzifəmdir.

- ⁠Onda artıq klublardan da təkliflər almısız?

- ⁠Bəli, bir neçə klublardan təkliflər var. Amma dəqiq qərar verməmişəm. Zamanla bu da öz həllini tapacaq.

Banuçiçək Hüseynli
İdman.biz