Azərbaycan millisinin hücumçusu yenidən Braziliya klubunda

Xəbərlər
4 İyun 2024 10:59
553
Azərbaycan millisinin hücumçusu yenidən Braziliya klubunda

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyaya qayıdıb.

İdman.biz xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını “Osasko”da davam etdirəcək.

O, braziliyalılarla 1 illik anlaşıb.

Qeyd edək ki, ötən mövsümü İndoneziyada “Qresik Petrokimiya”da keçirən Rəhimovanın artıq Braziliya liqasında oynamaq təcrübəsi var. “Sesi Voley”də 2 il oynayan Polinanın bu, karyerasında 15-ci klubu olacaq.

İdman.biz

Məqalədə: