“Qızıl Avropa Liqasında çıxışımız başa çatdı. Əlbəttə ki, nəticədən razı deyiləm”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Mariya Kirilyuk deyib.
29 yaşlı blokçu yığmanın Qızıl Avropa Liqasındakı çıxışını dəyərləndirib. O, mübarizəni erkən dayandırmalarının səbəbini açıqlayıb: “Səhvlərimiz var. Onların üzərində çalışacağıq ki, gələcəkdə təkrarlamayaq. İnanıram ki, bizi qarşıda uğur gözləyir. Öz oyunuma gəldikdə, hər element istənilən kimi alınmırdı. Lakin nəyin üzərində çalışmaq lazım olduğunu bilirəm. Gələcəkdə yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm”.
Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasında 6 oyunda 2 qələbə qazanıb və 8-ci yeri tutub.
İdman.biz