Millətlər Liqasında pley-off cütləri

Xəbərlər
17 İyun 2024 16:32
541
Millətlər Liqasında pley-off cütləri

Qadın voleybolçular arasında Millətlər Liqasında ilkin mərhələ başa çatıb.

İdman.biz xəbər verir ki, 1/4 final cütləri bəlli olub.

Braziliya yığması turnirin tarixində ilk dəfə qrup mərhələsini məğlubiyyətsiz başa vurub. 1-ci yeri tutan "sambaçılar" Tailandla qarşılaşacaq.

Millətlər Liqasının son qalibi Türkiyə millisi ilk mərhələni 6-cı yerdə başa vurub. "Ay-ulduzlular"ın rəqibi Polşa olacaq.

Millətlər Liqası, pley-off
1/4 final

Braziliya – Tailand
Çin – Yaponiya
İtaliya – ABŞ
Polşa – Türkiyə

Qeyd edək ki, final mərhələsinə Banqkok (Tailand) ev sahibliyi edəcək. 1/4 finalın oyunları iyunun 20-21-də, yarımfinallar isə ayın 22-də keçiriləcək. Final və 3-cülük görüşləri iyunun 23-də baş tutacaq.

İdman.biz