İtaliya Millətlər Liqasında çempion olub

Xəbərlər
23 İyun 2024 19:43
94
İtaliya Millətlər Liqasında çempion olub

Qadın voleybolçular arasında Millətlər Liqasının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, finalda İtaliya və Yaponiya yığmaları qarşılaşıb.

İtaliya voleybolçuları 3:1 (25:17, 25:17, 21:25, 25:20) hesabı ilə qələbə qazanıblar. Bu komandanın ikinci uğuru olub. İtaliyalılar ilk dəfə 2022-ci ildə turnirdə çempion tituluna yiyələniblər.

3-cü yer uğrunda görüşdə Polşa və Braziliya milliləri üz-üzə gəlib. Gərgin mübarizədə keçən oyunda avropalılar üstün olublar - 3:2 (25:21, 26:28, 25:21, 19:25, 15:9).

Qeyd edək ki, 6-cı dəfə keçirilən Millətlər Liqasında ABŞ 3 dəfə, Türkiyə isə 1 dəfə çempion titulunu qazanıb.

İdman.biz