Fransa 2 qat qalib olub

Xəbərlər
1 İyul 2024 00:28
463
Fransa 2 qat qalib olub

Kişi voleybolçular arasında Millətlər Liqasının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Fransa yığması finalda Yaponiyaya qalib gəlib.

Avropalılar 3:1 (25:23, 18:25, 25:23, 25:23) hesabı ilə üstün olublar. 3-cü yer uğrunda qarşılaşmada Polşa və Sloveniya komandaları üz-üzə gəlib. Polyaklar çətinlik çəkmədən güclü olublar 3:0 (26:24, 25:17, 25:16).

Qeyd edək ki, Fransa millisi tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub.

İdman.biz