Vüsalə Kazımova Avropa çempionatının final mərhələsində

Xəbərlər
1 İyul 2024 12:32
488
Vüsalə Kazımova Avropa çempionatının final mərhələsində

Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 22 yaşadək qızların Avropa çempionatının final oyunlarında iştirak edəcək.

Həmyerlimiz iyulun 1-6-da İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.

İdman.biz