Azərbaycan klublarından 9 yeni transfer

Xəbərlər
5 İyul 2024 15:50
660
Azərbaycan klublarından 9 yeni transfer

Azərbaycan qadın voleybol klubları mövsümlərarası fasilədə transfer fəaliyyətlərini davam etdirir.

İdman.biz xəbər verir ki, artıq ümumilikdə 9 transfer gerçəkləşib.

Bu keçidlərin hamısını “Milli Aviasiya Akademiyası” reallaşdırıb. Komanda 7 əcnəbi və 2 yerli oyunçu ilə güclənib. Yerli transferlər Leyla Parşkova və Mariana Abuyevadır.

“Aviatorlar”ın son transferi amerikalı hücumçu Alianza Darleydir.

Mövsümlərarası fasilədə Azərbaycan klublarını üç legioner tərk edib. Onlar “Gəncə”də çıxış edən voleybolçulardır.

İdman.biz

Məqalədə: