Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
İdman.biz xəbər verir ki, yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi Ağsuya səfər edib.
O, rayonun 4 saylı orta məktəbində təşkil olunan 2008-2014-cü il təvəllüdlü oğlanların voleybol məşqlərini izləyib və seçimlər aparılıb. Fərqlənən və müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.
Qeyd edək ki, seçimdən uğurlu keşən yeniyetmələr federasiya tərəfindən təşkil edilən düşərgələrə cəlb olunurlar.
İdman.biz