16 yaşadək voldeybolçu qızlardan ibarət yığmamız Türkiyədə təlim-məşq toplanışı keçəcək.
İdman.biz xəbər verir ki, millimiz bu gün Ankara şəhərinə yola düşüb.
Hazırlıq Türkiyə yığması ilə birlikdə təşkil olunub. İyulun 18-ə kimi davam edəcək təlim-məşq toplanışında komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisi Şahin Çatma heyətdə 16 voleybolçuya yer verib.
İdman.biz