Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Baydyukun yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, hücumçumuz Fransa karyerasını davam etdirəcək.
O, bu ölkənin bir klubunu digərinə dəyişib. Ötən mövsümü “Orlean”da keçirən hücumçu "Voleybol Romans" ilə müqavilə imzalayıb.
Bu, Baydyukun karyerasında yeddinci klub olacaq. Bundan əvvəl o, Azərbaycan, Macarıstan və Polşa çempionatlarında çıxış edib.
İdman.biz