Millimizin voleybolçusu üçün TƏQVİM

Xəbərlər
17 İyul 2024 11:54
198
Millimizin voleybolçusu üçün TƏQVİM

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova formasını geyindiyi Macarıstan "Vaşaş"ının Çempionlar Liqasında keçirəcəyi oyunların təqvimi bəlli olub.

İdman.biz xəbər verir ki, təmsilçimizin komandası mövsümə səfərdə başlayacaq.

Qrup mərhələsinin ilk turu noyabrın 5-7-də keçiriləcək. Ayşənin komandası Fransada "Nant"la qarşılaşacaq. “Vaşaş” bir həftə sonra doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək, ardınca Polşaya "Lodz"la görüşə yollanacaq.

Dekabrda Macarıstan çempionu İstanbulda qonaq olacaq. “Vaşaş” 2025-ci ilin yanvarında əvvəl “Nant”ı, sonra “Lodz”u qəbul edəcək.

Qeyd edək ki, “Vaşaş” ardıcıl ikinci mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparır.

İdman.biz

Məqalədə: