Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri kişilərdən ibarət millinin üzvləri ilə görüşüblər.
İdman.biz xəbər verir ki, görüşdə AVF-nın prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov iştirak edib.
Onlar Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək yığmanın GİN-in Voleybol Mərkəzində keçirdikləri məşqini izləyiblər.
Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq. Həmin gün komandamız Avstriya komandasının qonağı olacaq. Növbəti oyunumuz isə bir həftə sonra Bakıda keçiriləcək. Avqustun 24-də voleybolçularımız Belçika yığması ilə qarşılaşacaq.
İdman.biz