Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” klubu legioneri ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, Bakı klubu latviyalı hücumçu Vlada Pridatko ilə vidalaşıb.
Baltikyanı ölkədən olan voleybolçu karyerasını İtaliyada davam etdirəcək. O, “Padova”nın uğurları üçün çalışacaq.
“Milli Aviasiya Akademiyası” transfer bazarında kifayət qədər fəaldır. Ölkə çempionatında ikinci mövsümə hazırlaşan komanda 11 voleybolçunu heyətinə qatıb.
İdman.biz