Federasiya prezidenti təlim-məşq toplanışında - FOTO

Xəbərlər
20 İyul 2024 19:08
348
Federasiya prezidenti təlim-məşq toplanışında - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov start götürmüş yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub.

İdman.biz xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.

Federasiya rəsmiləri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşq prosesini izləyib, təlim-məşq prosesinin gedişatı, həmçinin idmançıların və məşqçilərin problemləri ilə maraqlanıblar.

Məşqlərdə Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən olan 2008-2012-ci illər təvəllüdlü 24 idmançı iştirak edir. Təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir.

İdman.biz