Azərbaycanın çimərlik voleybolçuları 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər.
İdman.biz xəbər verir ki, Polşanın Mıslovitse şəhərində keçirilən qitə birinciliyində Səbinə Əlizadə - Lizi Latsabidze cütlüyü təsnifat mərhələsində iki görüş keçirib.
Andorraya 2:0 hesabı ilə qalib gələn qızlarımız Şotlandiyaya 0:2 hesabı ilə uduzublar. Nəticədə cütlük növbəti mərhələyə yüksəlib. Nihad Tarverdiyevin baş məşqçisi olduğu Səbinə Əlizadə - Lizi Latsabidze C qrupunda İspaniya, Serbiya və İngiltərə ilə oynayacaq. Matçlar iyulun 25-26-da baş tutacaq. Yarışın qalibləri isə ayın 28-də bəlli olacaq.
Onlardan fərqli, Nəriman Bayramlı - Muhammad Aslanlı cütü təsnifat mərhələsində yarışla vidalaşıb. Joanildo Costa Juniorun rəhbərlik etdiyi cütlük Kosova təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlsə də, ardınca Andorraya 1:2, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşı olan cütlüyümüz Avropa çempionatının (U-20) əsas mərhələsinə qatılacaq.
İdman.biz