Kişi voleybolçulardan ibarət “Xarı bülbül”ün avrokubokda debüt edəcəyi tarix dəqiqləşib.
İdman.biz xəbər verir ki, Şuşa təmsilçisi beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.
Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.
Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacaq görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.
İdman.biz