"Murov Az Terminal"da növbəti vida

Xəbərlər
8 Avqust 2024 16:31
435
"Murov Az Terminal"da növbəti vida

“Murov Az Terminal” legioner voleybolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, Bakı klubu blokçu Daniela Nikiçlə vidalaşıb.

Serbiyalı voleybolçu karyerasını İsraildə davam etdirəcək. O, Hayfa “Makkabi”si ilə müqavilə imzalayıb.

Ona qədər vətəni Qazaxıstana qayıdaraq “Karaqanda”ya keçən libero Yelena Malaxova və “Atom-Kursk”a yollanan rusiyalı Bella Qatsalova “Murov Az Terminal”ı tərk edib.

İdman.biz