16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edilib

Xəbərlər
9 Avqust 2024 12:46
258
16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edilib

Azərbaycan Voleybol Federasiyası 16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edir.

İdman.biz xəbər verir ki, ilk düşərgə avqustun 5-də Qusarda start götürüb və 10 gün davam edəcək.

Düşərgəyə Şahin Çatma rəhbərlik edir. Onun köməkçisi isə Hamid Anvaridir. Burada fiziki və texniki məşqlərlə yanaşı, qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.

Qeyd edək ki, növbəti düşərgə 16-26 avqust tarixlərində Qaxda təşkil olunacaq. Düşərgələrə ümumilikdə 22 idmançı cəlb olunub. Sonda onlar arasında seçim aparılacaq və 16 yaşadək (U-16 ) qızlardan ibarət komanda formalaşdırılacaq.

İdman.biz

Məqalədə: