“Gəncə” klubunda ukraynalı voleybolçu

Xəbərlər
4 Sentyabr 2024 17:02
141
“Gəncə” klubunda ukraynalı voleybolçu

“Gəncə” heyətini ukraynalı voleybolçu Olena Napalkova ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olena Napalkova ötən mövsümü Kiprin “Nea Salamina” klubunda keçirib. Voleybolçu daha əvvəl Finlandiyanın “LiigaPloki”, Polşanın “AZS Politechnika Şlaska Glivice”, Ukraynanın “Prometey” və “Ximik Yujny” komandalarında forma geyinib.

Qeyd edək ki, “Gəncə” bu transferədək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, Mariya Tuşova və tailandlı Tiçakorn Bunlerti heyətinə qatıb.

İdman.biz

Məqalədə: